BaşlıcaSiyasət

Kalyurand və daha 3 Avropa Parlamenti rəsmisi Bakı hakimiyyətinə qarşı sanksiyalar məsələsina baxmağa çağırıb

Parlamentin deputatı Rustam Bakoyan “Facebook” səhifəsində yazıb.

“Sentyabrın 19-da Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağa qarşı törətdiyi genişmiqyaslı təcavüzlə bağlı mən beynəlxalq tərəfdaşlarıma Azərbaycanın soyqırımı aktlarının qarşısının alınması və minlərlə insanın xilas edilməsi məqsədilə Azərbaycana qarşı təcili sanksiyaların tətbiq edilməsi xahişi ilə məktublar göndərmişəm.

Məktubuma cavab olaraq Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand özünün və Avropa Parlamentinin daha 3 rəsmisinin: Xarici Əlaqələr Komitəsinin sədri Deyvid Makalisterin, Ermənistan üzrə daimi məruzəçi Andrey Kovaçev və Azərbaycan üzrə daimi məruzəçi Jelyana Zovkonun birgə bəyanatının surətini göndərib ki, ona əsasən, onlar Şuranı Aİ-nin Azərbaycanla münasibətlərini hərtərəfli nəzərdən keçirməyə və Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi məsələsinə baxmağa çağırırlar”.

Daha çox göstər
Back to top button