BaşlıcaSiyasət

Marukyan: “RF sülhməramlı missiyası DQ-da dinc yaşamasını təmin etməyib”

Hazırda Dağlıq Qarabağdan minlərlə erməni Ermənistana köçürülürVerilən  məlumata görə, bu haqda ER  xüsusi tapşırıqlar üzrə səfir  Edmon Marukyan X mikrobloqunda yazıb.

Onun sözlərinə görə, bu insanlar təxliyə olunur, çünki sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağın mülki əhalisinə qarşı hərbi təcavüz edib.

 Bunun nəticəsində nəinki yüzlərlə itkilər və yaralılar var, hətta minlərlə dinc sakinlər evlərini, kəndlərini və icmalarını  itirdilər.

“Yəni”Başqa  sözlə desək, sentyabr təcavüzündən sonra əhali 9 ay aclıq çəkib, evlərindən məcburi köçkün düşüb, 6 gün zirzəmilərdə yatdıqdan  və ac-susuz qaldıqdan sonra da onlara öz evlərinə qayıtmaq imkanı verilməmiş, ata-baba yurdundan təxliyə edilmişdir.

Biz etiraf edirik ki, Rusiyanın sülhməramlı missiyası 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsaslanaraq onların Dağlıq Qarabağda dinc mövcudluğunu təmin etməyib.

 Biz etiraf edirik ki, AB, ABŞ və bütün digər beynəlxalq qurumlar hüquq və təhlükəsizlik təminatlarını təmin edə bilməyiblər. Bu qurumların vasitəçilik səyləri zamanı dəfələrlə bəyan etmələrinə baxmayaraq, Dağlıq Qarabağ ermənilərinin hüquq və toxunulmazlıqlarına beynəlxalq mexanizmlər çərçivəsində təminat verilməlidir ki, bu da öz əcdadlarının torpaqlarında onların təhlükəsiz yaşamasına imkan verəcəkdir”  –  deyərək Marukyan  qeyd edib.

Daha çox göstər
Back to top button