Ermənistanın Baş naziri Nikol Paşinan və Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Birliyi sammitində görüşəcəklər.
İclasda Avropa Birliyi Şurasının sədri Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz iştirak edəcək.
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iclasa hazırlıq işlərində iştirak etmək üçün 2 gün sonra Brüsselə gedəcək.
Gündəm hələ məlum deyil, amma son bir neçə gündə həm Ermənistandan, həm də Azərbaycandan tərəflərin sülh sazişi imzalamağa yaxın olduğuna dair eyhamlar gəlir.
Sənədin imzalanması barədə tarixi imkanar haqda bəyanatlar və Qranada görüşü göründüyü kimi biri-digəriylə əlaqədar deyil. Lakin məgər mümkündürmü həmin gün tərəflər hansısa sənəd imzalasınlar?
Bu baxımla həm siyasi, həm də analitik qiymətləndirmələr ziddiyyətlidir.DQ –a qarşı Azərbaycan təcavüzündən 2 gün öncə sentyabrın 17-də Baş nazir Paşinyan qeyd edib ki, Qranadada səndin imzalanması nəzərdə tutulmayaıb.
“Təəssüf ki, yox. Çünki əgər sənədin imzalanması nəzərdə tutulurdusa, bu o demək olardı ki, biz sənədin Ermənistan Respublikasının balanslaşdırılmış maraqlarına uyğun olduğunu hesab etmişik və biz onu imzalamağa hazırıq”.
Ermənistanın maraqları ilə bağlı hələ heç nə elan olunmayıb, lakin parlamentin spikeri Alen Simonyan Azərbaycanın Qarabağa təcavüzündən beş gün sonra təəssüratlarını təqdim edərək deyir ki, “onların sülh sazişi bağlamaq üçün tarixi imkanları var”.
Onun sözlərinə görə, söhbət Qranadanın özündən deyil, sadəcə bununla bağlı proseslərdən gedir.
“Bərabərnaminə” QHT-nin sədri, parlamentin keçmiş deputatı Qayane Abrahamyan qarşıdan gələn iclasda hər hansı sənədin imzalanmasını istisna edir.
O, hesab edir ki, sülh hələ çox uzaqdadır. Laçın dəhlizinin bloklanması, Qarabağın blokadası, Stepanakert-Bakı dialoqunun beynəlxalq mexanizminin tətbiqi ilə bağlı fikir ayrılıqlarından əlavə, tərəflərin mövqelərinin güzəştsiz olduğu başqa bir prinsipial məsələ də var.
Qayane Abrahaminin sözlərinə görə, beynəlxalq görüşlər sübut edir ki, proseslər indi bu fundamental məsələ ətrafında cərəyan edir.
“Bütün mümkün platformalardan istifadə edən və əslində bu əməliyyatı həyata keçirmək kimi əsas missiyanı da üzərinə götürən Erdoğanın bu fəaliyyəti, Naxicevana səfəri və s., bütün bunlar məsələnin aktuallığından xəbər verir.
Syüniklə bağlı məsələ hələ də var.Bu, təbii ki, İranın mövqeyindən asılıdır, lakin biz İrana qarşı böyük təzyiqlərin olduğunu görürük.
Bir neçə gün əvvəl Şoyqunun (Rusiya Federasiyasının Müdafiə Naziri-red) səfəri oldu, bu gün artıq Lavrovun (Rusiya Federasiyasının Xarici İşlər Naziri-red.) səfəri planlaşdırılır.
Yəni başa düşürük ki, onlar İranı öz mövqelərindən əl çəkməyə inandırmağa çalışırlar.Bir neçə ay əvvəl Erdoğan bəyan edib ki, əsas maneə İrandır.
Yəni onlar hesab edirlər ki, Ermənistana qarşı olmaq artıq maneə deyil, əsas maneə İrandır.Amma təəssüf ki, burada da optimizm yoxdur, çünki aydındır ki, İran da burada öz maraqlarını irəli sürməlidir.
Onlar əminliklə belə adlanan “dəhliz”də hansısa cəlb olunma təklifini edirlər.
Parlamentin sədri Alen Simonyan “dəhliz” deyilən bütün qorxulara qarşı çıxır.
“İndi hansı yolu verməli olsaq da onlar “Zəngəzud dəhlizi” deyəcəklər gediriksə, “Zəngəzuri dəhlizi” deyəcəklər. Əgər Loridən keçsə, “Laçın dəhlizi” deyəcəklər, desinlər, onların problemidir.
Biz o prinsipləri qeyd etmişik, onlar daqeyd ediblər.. eyni prinsiplər.Bu yolların açılması bizim üçün önəmlidir və Ermənistan açıqdır.
İndi bəyan edirəm.Yol çəkilir, dəmir yolu da bizim üçün vacibdir.Dəmir yolu keçməlidir.Biz buna hazırıq və ümid edirəm ki, Qranadada biz bu istiqamətdə bir addım atmaq, bu tarixi şansdan istifadə etmək istərdik. Əbədi müharibə və belə vəziyyət heç kimə toxəl vermir və verməyəcək.. Biz buna hazırıq”.
Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan rəsmi İrəvanın nəyə hazır olduğuna bir daha aydınlıq gətirib və bəyan edib ki, Ermənistan heç vaxt heç bir ekstraterritorial və ya dəhliz məntiqi ilə razılaşmayıb və razılaşmayacaq. “Əlbəttə, bu Qırmızı Xəttdir”
Eyni zamanda, rəsmi Yerevan aydınlıq gətirir: Ermənistan və Azərbaycan liderlərinin iyulun 15-də Brüsseldə baş tutan sonuncu görüşü yüksək səviyyədə əldə olunmuş razılaşmalara sadiqdir.
Razılaşmalara əsasən, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü müvafiq olaraq 29,800 və 86,600 min kvadrat kilometr ərazi ilə tanıyırlar.
Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası 1991-ci il Almatı bəyannaməsi əsasında baş tutacaq. Tərəflərin suverenliyi, yurisdiksiyası və qarşılıqlılığı prinsipləri əsasında regional kommunikasiyalar blokdan çıxarılmalıdır.
Qranadada keçiriləcək görüşə qayıdaraq onu da əlavə edək ki, bu, beştərəfli görüş olacaq.
Ermənistan və Azərbaycan liderlərinə AB Şurasının sədri Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz qatılacaq.
Bu, Paşinyan və Əliyev arasında Çexiya və Moldovadan sonra Avropa Birliyi sammiti platformalarında üçüncü görüşdür.