
ABŞ Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və demokratiyasını dəstəklədiyini bir daha bəyan edərək, bunların pozulmaz prinsiplər olduğunu vurğulayır.
Aldığımız məlumata görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyində keçirdiyi mətbuat konfransında ABŞ Beynəlxalq İnkişaf agentliyinin direktoru Samanta Pauer məlumatlandırıb.
“Biz bir daha açıq şəkildə bildiririk ki, bu, BMT-də də edildiyi kimi, biz Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və demokratiyasını dəstəkləyirik.
Bunun pozulmasının hansı nəticələrə səbəb ola biləcəyini deyə bilmərəm. Amma birlikdə vurğulamaq istəyirik ki, bunlar pozulmaz prinsiplər” – deyərək Pauer qeyd edib.