
Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün Dağlıq Qarabağda beynəlxalq iştirak olmalıdır.
Alınan məlumata görə konfransında ABŞ Beynəlxalq İnkişaf agentliyinin direktoru Samanta Pauer məlumat landırıb.
“Biz Azərbaycanı atəşkəs rejimini qorumağa və Dağlıq Qarabağda mülki şəxslərin hüquqlarının müdafiəsi üçün konkret addımlar atmağa çağırırıq.
Prezident Əliyev etnik ermənilərin hüquqlarına zəmanət verəcəyini vəd edib, Azərbaycan bu vədi yerinə yetirməlidir” – deyə Pauer bildirib.
USAİD direktoru vurğuladı ki, Azərbaycanın verdiyi vədi yerinə yetirdiyini dünyanın yoxlaya bilməsi və əmin olması olduqca vacibdir.
“Bütün tərəflər Azərbaycanın öz öhdəliklərini yerinə yetirib-yetirmədiyini görmək üçün beynəlxalq humanitar qiymətləndirmə və humanitar iştiraka icazə verməlidirlər ki, bu qurumlar beynəlxalq ictimaiyyətə hesabat verə bilsinlər” – deyə Pauer bildirib.
O, vurğulayıb ki, Azərbaycan sərnişin daşımaları, kommersiya daşımaları və humanitar daşımalar üçün Laçın dəhlizini tam və daimi olaraq açmalıdır.
Və nə qədər ki, mülki şəxslər sərbəst gəlib-gedə bilmirlər, dərman və ərzaq təchizatı yaşayış məntəqələrinə çata bilmirsə, Dağlıq Qarabağ xalqını qorumaq vədləri puç olacaq.
“Və USAID kimi təşkilatların əsas humanitar yardım göstərmək imkanı olmalıdır”- deyərək Pauer vurğulayıb.