BaşlıcaİctimaiyyətSiyasət

Avropa Komissiyası Dağlıq Qarabağdan məcburi köçkünlərə 5 milyon avroluq humanitar yardım ayıracaq

Avropa Komissiyası Dağlıq Qarabağdan əhalinin kütləvi şəkildə Ermənistana köçməsi səbəbindən yaranmış böhranda insanların artan ehtiyaclarını ödəmək üçün 5 milyon avro ayıracaq.

Bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Bundan əlavə, açıqlamada bildirilir ki, Aİ regiona humanitar eksperti də göndərəcək və o, böhrana sürətli reaksiyanı təmin etmək üçün yerdə humanitar tərəfdaş təşkilatlarla işləyəcək.

“Biz Dağlıq Qarabağdan qaçmaq qərarına gələn minlərlə insanı dəstəkləməyə hazır olmalıyıq, xüsusən də qışda qaçqınlar üçün əlavə problemlər yaranacaq. Aİ həm Dağlıq Qarabağda ehtiyacı olan, həm də hazırda Ermənistanda məcburi köçkün olan insanlara təcili yardım göstərmək üçün regionda humanitar yardımını kəskin şəkildə genişləndirir. Aİ bu münaqişədən zərər çəkənlərə kömək etmək üçün yerlərdə humanitar səyləri əlaqələndirməyə sadiqdir”, – Böhranların İdarə Edilməsi üzrə Avropa komissarı Janez Lenarçiç bildirib.

Daha çox göstər
Back to top button