BaşlıcaSiyasət

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarını qorumağa çağırıb

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Dağlıq Qarabağdakı humanitar vəziyyətdən narahatlığını bildirib. Cenevrədə yaydığı bəyanatda o, etnik erməni əhalinin hüquqlarını qorumağa çağırıb.

“Mən kövrək humanitar vəziyyətin inkişafını narahatlıqla izləyirəm. Etnik erməni əhalinin hüquqlarının yerli səviyyədə qorunması və bütün hərəkətlərin beynəlxalq hüquqa əsaslanması vacibdir”, – deyə Türk bildirib.

“Bütün mülki şəxslərin müdafiəsi mütləq prioritet olmalıdır. Humanitar yardımlar zərərçəkənlərə çatdırılmalıdır”, – deyə o vurğulayıb.

“Hər bir dövlət öz ərazisindəki azlıqların yaşamasını və milli və ya etnik, mədəni, dini və dil kimliyini də qorumalıdır”, – deyə Türk bildirib.

Öz növbəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağı tərk etmək qərarına gələnlərin təhlükəsiz şəkildə ölkəni tərk etməsi məsələsinin həlli üçün neytral vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib. “BQXK neytral vasitəçi kimi çıxış etməyə və təhlükəsiz keçid əməliyyatlarını asanlaşdırmağa hazırdır”, – təşkilatın Cenevrədəki baş qərargahı bildirib.

Daha çox göstər
Back to top button