
Sentyabrın 26-da ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Xarici Fəaliyyət Xidmətində baş katibin ümumi təhlükəsizlik və müdafiə siyasəti və böhrana reaksiya üzrə müavini Çarlz Friz ilə görüşüb.
Görüşdə tərəflər qaçqınlar məsələsinə toxunaraq, Dağlıq Qarabağdakı humanitar vəziyyəti müzakirə ediblər. Onlar regional və qeyri-regional təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmsöhbətlər Aİ-nin mülki müşahidə missiyasının Ermənistanda olmasını və fəaliyyətini ER-Aİ əlaqələrinin inkişafında mühüm nailiyyət kimi qeyd ediblər.
Bildirilir ki, tərəflər ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində əməkdaşlığın mümkün tərəflərini də müzakirə ediblər.