
Sentyabrın 26-da əmək və sosial məsələlər naziri Narek Mkrtçyan Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dkotiny ilə görüşüb.
Nazir Narek Mkrtçyan Dağlıq Qarabağdan məcburi köçkünlərin dəstəklənməsi istiqamətində görülən işlərə toxunaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi addımları təqdim edib. Nazir Fransanın çətin vəziyyətlərdə Ermənistanın yanında olması və lazımi kömək göstərmək rolunu yüksək qiymətləndirib.
“Səfir Dkotini humanitar böhranın aradan qaldırılmasının vacibliyini vurğulayaraq, qeyd edib ki, Fransa hökuməti tərəfdaş təşkilatlarla əməkdaşlıq edərək Dağlıq Qarabağdan məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsi üçün 7 milyon avro vəsaitin ayrılması barədə qərar qəbul edib.
Səfirin sözlərinə görə, Fransa tərəfi Dağlıq Qarabağda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində zərər çəkmiş insanlara ilkin tibbi yardım göstərmək üçün Ermənistana tibbi ləvazimat və avadanlıqla dolu təyyarə göndərməyə də hazırlaşır”,- bəyanatda deyilir.
Mənbənin məlumatına görə, görüşün sonunda tərəflər sosial müdafiə sahəsində mövcud problemlərin həlli istiqamətində fəal əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.