BaşlıcaSiyasət

İsveç Dağlıq Qarabağın humanitar ehtiyacları üçün 1,3 milyon ABŞ dollarından çox vəsait ayırıb

İsveç Dağlıq Qarabağ əhalisinin humanitar ehtiyaclarını ödəmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə 15 milyon İsveç kronu (1,3 milyon ABŞ dollarından çox) ayırıb.

Bu haqda  ER-da İsveç  səfiri Patrik Svensson X sosial şəbəkəsində məlumat verib.

“İsveç, İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (SIDA) vasitəsilə Dağlıq Qarabağ əhalisinin humanitar ehtiyaclarını, o cümlədən tibbi nəqliyyat, ərzaq və pul ianələrini təmin etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə 15 milyon İsveç kronu ayırıb”- deyərək səfir bildirib.

Daha çox göstər
Back to top button