Marina Kalyurandi Ermənistandakı nümayişlərdən narahatdır
Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand iki tendensiyanı “etnik ermənilərin qorxudan Artsaxı tərk etməsi və Ermənistanda hökumət əleyhinə nümayişləri “olduqca həyəcanverici” hesab edir.
“Guardian”a müsahibəsində Kalyurand ermənilərin həmin bölgədə düşdüyü vəziyyətdən narahatlığını bildirib.
“Mən onların qorxusunu başa düşürəm” deyən o, humanitar təşkilatların bölgəyə daxil ola biləcəyinə ümid etdiyini bildirib.
Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı davam edən nümayişlərdən danışan Kalyurand qeyd edib ki, Ermənistan lideri “ölkəsinin gələcəyini Rusiya ilə görmədiyini çox açıq şəkildə bildirib” və “Qərb oriyentasiyası istəyir”.
Onun sözlərinə görə, Avropa Ermənistan hökumətinə dəstəyini gücləndirməlidir.