BaşlıcaSiyasət

Biz Rusiyanın maraqlarına xələl gətirmirik, lakin Tehranın Ermənistanla bağlı mövqeyi sarsılmazdır: İranlı deputat

İran Ermənistanla əməkdaşlığı Rusiyanın maraqlarına xələl gətirməyəcək şəkildə inkişaf etdirməyə çalışır, lakin dəhliz və ya Ermənistanın sərhədləri ilə bağlı İranın mövqeyi sarsılmazdır. Sentyabrın 27-də İran parlamentinin deputatı Robert Beqlaryan NEWS.am saytının müxbiri ilə söhbətində belə deyib.

“İran indiyədək göstərib ki, bu regionun coğrafi mövqeyi onun üçün o qədər ciddi əhəmiyyət kəsb edir ki, Tehran müxtəlif səviyyələrdə danışıqlar zamanı verilə biləcək heç bir təkliflə şirnikləndirilməyib.

Hələ də təkliflər ola bilər, o cümlədən Rusiyadan, lakin Tehran xüsusilə Qafqazın Yaxın Şərqlə münasibətlərdə artan rolunu nəzərə alaraq Ermənistan vasitəsilə şimala çıxışı vacib hesab edir. Ona görə də Ermənistanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunub saxlanması İran üçün mühüm amildir”, – deyə deputat vurğulayıb.

O qeyd edib ki, Rusiya hər zaman öz maraqlarını irəli sürməyi düşünüb və bunu prioritet hesab edib.

“Aydındır ki, Rusiya əvvəllər Rusiya dövlətinin tərkibində və ya onun təsir dairəsində olan ölkələr amilindən öz xeyrinə istifadə etməyə çalışacaq.

İran hətta 44 günlük müharibə zamanı belə hesab edirdi ki, Rusiya hadisələrin öz məqsədləri üçün olduğu kimi inkişaf etməsinə müəyyən dərəcədə icazə verib. Və o vaxt hələ Rusiya-Ukrayna müharibəsi yox idi.

İran və Rusiya arasında iqtisadi əlaqələr hər iki ölkənin sanksiyalar altında olduğunundan daha da yaxınlaşıb”, – Beqlaryan əlavə edib.

Daha çox göstər
Back to top button