BaşlıcaSiyasət

ER parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Dublində keçiriləcək Avropa Parlamenti Sammitində iştirak edəcək

Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti genişmiqyaslı Avropa Parlamenti Sammitində iştirak etmək üçün Dublində səfərdədir.

Sammitdə Avropa Şurasına üzv olan 46 ölkənin parlament sədrləri, müşahidəçi ölkələrin parlamentariləri, eləcə də parlamentlərarası təşkilatların rəhbərləri iştirak edirlər.

Ümumilikdə tədbirdə 400-ə yaxın nümayəndə iştirak edəcək. Avropa konfransı iki ildə bir dəfə Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) himayəsi altında keçirilir.

Parlament sədrinin rəhbərlik etdiyi nümayəndə heyətində deputatlar Arsen Torosyan və Sona Qazaryan da vardır.

Daha çox göstər
Back to top button