BaşlıcaSiyasət

Erdoğanın dəhlizlə bağlı açıqlamasına İrandan reaksiya gəlib:  “Gözlərə toz üfürmək cəhdi”

Türkiyə prezidenti Rəcəb Erdoğanın bəyanatı belə təəssürat yarada bilər ki, Bakı və Ankara Ermənistan ərazisindən keçən dəhlizlə bağlı niyyətlərindən əl çəkiblər və İran vasitəsilə əlaqəni açmağa cəhd edə bilərlər.

Bu haqda  İran parlamentinin üzvü Robert Beqlaryan jurnalistə olan müsahibəsində deyib.

Xatırladaq ki, Erdoğan bir qədər əvvəl bəyan etmişdi ki, Ermənistan öz ərazisində dəhliz açmağa icazə verməsə, İran “bu dəhlizin öz ərazisindən keçməsini məmnuniyyətlə qəbul edəcək”.

“Əvvəla, “dəhliz” termininin öz-özlüyündə  suallar doğurur. Əgər dəhliz deyərkən, ərazi xarici əlaqə nəzərdə tutulursa, Ermənistan ərazisindən bu mümkün deyilsə, İran ərazisindən də keçə bilməz.

Əgər onlar artıq mövcud yolların və marşrutların iş rejiminin dəyişdirilməsini nəzərdə tutursa, o zaman təsəvvür etmək də çətindir. İran həmişə qəbul olunmuş normalara uyğun əməkdaşlıq edib.

Ona görə də hesab edirəm ki, bu bəyanat beynəlxalq ictimaiyyətin gözünə toz üfürmək cəhdindən başqa heç nə deyil.

Azərbaycan və Türkiyənin son üç ildəki yanaşmalarından belə nəticəyə gəlmək olar ki, onlar ekstraterritorial dəhliz əldə etmək və Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaq istəyirlər.

Belə olan halda Ermənistan üçün hansı iqtisadi faydadan danışmaq olar? Belə getsə, Panama və ya Süveyş kanalı kimi bir şey olacaq və ən yaxşı halda Ermənistana hər il müəyyən məbləğ ödəniləcək.

Türkiyə və Azərbaycanla kommunikasiyaların açılması və yolların açılması, hətta Ermənistanın suverenliyində olsa belə, Ermənistanın potensialını nəzərə alsaq, qısa müddətdə Ermənistana real iqtisadi fayda gətirə bilməz.

Ona görə də Ermənistan iqtisadiyyatı texnoloji inkişafa hazır olmalıdır ki, onun iqtisadiyyatı Türkiyə ilə rəqabət apara bilsin” – deyərək  deputat bildirib.

Daha çox göstər
Back to top button