
İspaniya Dağlıq Qarabağdan məcburi köçkünlərin sayının artmasından narahatdır və humanitar yardım göndərəcək.
Bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares məlumat verib.
“Biz Dağlıq Qarabağda evlərini tərk edən ermənilərin sayının artması və yüzlərlə qurbana səbəb olan partlayışdan narahatıq. Əhalinin hüquqları və təhlükəsizliyi, habelə humanitar yardımın çatdırılması təmin edilməlidir. Yardım İspaniyadan Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi tərəfindən göndəriləcək”, – nazir “X” sosial şəbəkəsində yazıb.