BaşlıcaSiyasət

Aİ Dağlıq Qarabağ xalqına humanitar yardım göstərməyə hazırdır: Stano

Avropa İttifaqı və Aİ-yə üzv dövlətlər Dağlıq Qarabağ sakinlərinə əlavə humanitar yardım göstərməyə hazırdırlar, deyə Aİ xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano bildirib.

“Avropa Komissiyası 5 milyon avroluq əlavə humanitar yardım paketi elan edib, Aİ və onun üzvü olan ölkələr əlavə humanitar yardım göstərməyə hazırdır”, – deyə o bildirib.

Stano əlavə edib ki, Aİ həmçinin Azərbaycanı vəziyyətin müstəqil monitorinqini aparmaq üçün Dağlıq Qarabağa beynəlxalq çıxışa icazə verməyə çağırır.

“Bir daha bildiririk ki, Azərbaycan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin, o cümlədən öz evlərində ləyaqətlə, hədə-qorxu və ayrı-seçkilik olmadan yaşamaq hüququnun, habelə köçkünlərin geri qayıtmaq hüququnun təmin edilməsinə cavabdehdir”.

Daha çox göstər
Back to top button