BaşlıcaMədəniyyət

Azərbaycanlılar Hadrutun Uxtadzor kəndindəki abidəsini və xaçkarını dağıdıblar

Azərbaycanlılar Hadrutun Uxtadzor kəndinin Azadlıq uğrunda müharibəsinə həsr olunmuş abidəsini və xaçkarını dağıdıblar. Bu barədə Artsaxın mədəni irsinə nəzarət edən monumentwatch.org saytı yazır.

“2023-cü il sentyabrın 7-də Telegram kanallarından birində Azərbaycanın işğal etdiyi Hadrut bölgəsində erməni mədəni irsinin dağıdılmasının davam etdiyi açıq-aydın görünən video yayılıb. Videoda aydın şəkildə qeyd olunur ki, Artsaxın Hadrut rayonunun Uxtadzor kəndinin Azadlıq uğrunda müharibəsinə həsr olunmuş abidəsi dağıdılıb yerə yıxılıb, abidənin ayrı-ayrı hissələri sındırılıb. Xatırladaq ki, bundan əvvəl, hələ 2021-ci ildə Azərbaycan vandalizmi nəticəsində eyni mədəniyyət kompleksinə daxil olan xaçkar dağıdılmışdı. Bu davamlı və vahid zəncirin tərkib hissəsi olan tədbirlər sübut edir ki, mədəni irsin məhv edilməsi Azərbaycan tərəfindən aydın şəkildə işlənib hazırlanmış strategiyadır”.

Daha çox göstər
Back to top button