BaşlıcaBeynəlxalq
Berbok: “Biz Dağlıq Qarabağda beynəlxalq müşahidə missiyasının həyata keçirilməsinə sadiqik”

Dağlıq Qarabağda hökm sürən vəziyyətlə bağlı təsvirə sahib olmaq indi həmişəkindən daha aktualdır, ona görə də BMT-nin regiona səfərinin dərhal baş tutması vacibdir.
Bu barədə Almaniyanın Xarici işlər naziri Analena Berbok özünün X (keçmiş Twitter) səhifəsində yazaraq əlavə edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin qarşısında Dağlıq Qarabağa qapı açacağına söz veribdir.
“Bu, sadəcə başlanğıcdır. Biz tərəfdaşlarımızla birlikdə Dağlıq Qarabağda beynəlxalq müşahidə missiyasının həyata keçirilməsinə sadiqik” – deyərək Börbok bildirib.