BaşlıcaBeynəlxalq

Kipr Azərbaycanın etnik təmizləmə siyasətini pisləyir, DQ-dan didərgin düşmüş erməniləri qəbul etməyin yollarını nəzərdən keçirir

Kiprin Xarici işlər nazirliyi Azərbaycanın 19 və 20 sentyabr tarixlərində Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatı və 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını kobud şəkildə pozmasını kəskin şəkildə  məhkum edib.

“Azərbaycanın təcavüzü nəticəsində on minlərlə erməni öz ata-baba yurdlarından didərgin düşüb. Şübhəsiz ki, Azərbaycanın bu birtərəfli hərəkətləri etnik təmizləmə aktıdır və buna görə də beynəlxalq ictimaiyyətdən də analoji və qəti cavab verilməlidir”-deyərək  Xarici işlər nazirliyi məlumatlandırıb.

“Bir prinsip olaraq, biz bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin tərəfdarıyıq və Azərbaycanı Almatı bəyannaməsinə (1991) əsasən, Ermənistanın ərazi bütövlüyünə qarşı növbəti hərbi hərəkətlərdən çəkinməyə çağırırıq” – deyə Kipr Xarici işlər nazirliyinin bəyanatında  qeyd olunur.

Xarici İşlər nazirliyi eləcə də qeyd edib ki, Azərbaycanın hərbi təcavüzü ilə bağlı məsələni həm AB, həm də digər beynəlxalq platformalarda davamlı olaraq qaldırır.

Nazirlik Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək, eləcə də daha geniş regionda davamlı sülh və sabitliyə nail olmaq üçün hərtərəfli, davamlı və əhatəli dialoqa çağırışını bir daha bəyan edir.

Nazirlik qeyd edib ki, Kipr və Ermənistan arasında ənənəvi tarixi və möhkəm əlaqələri nəzərə alaraq, XİN rəhbəri erməni həmkarları ilə əlaqə saxlayır və Kipr hökumətinin Dağlıq Qarabağda öz ata-baba yurdunu tərk edən köçkün ermənilərə təcili humanitar yardım göstərməyə hazır olduğunu qeyd edib.

“Digər məsələlərlə yanaşı, belə bir zərurət yaranarsa, bir sıra məcburi köçkün erməniləri ölkəmizdə yerləşdirməyin yollarını nəzərdən keçiririk” – deyərək nazirliyin  yazısında   qeyd olunub.

Daha çox göstər
Back to top button