
Ekspert Robert Katlerin Dağlıq Qarabağdan məcburi köçkünlərin qaçqın olmadığı ilə bağlı yazısına cavab olaraq ER-nin xüsusi tapşırıqları üzrə səfiri Edmon Marukyan qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasını xatırladıb və qeyd edib ki, burada qaçqın anlayışının dəqiq tərifi var.
“Onların heç vaxt Azərbaycan vətəndaşlığı olmayıb və faktiki olaraq Azərbaycan Respublikasının hakimiyyəti altında yaşamayıblar, buna görə də məcburi köçkün deyillər. Onlar əslində pasportu olan ölkəyə (Ermənistan) daxil olurlar, ona görə də qaçqın deyillər”, – Katler yazmışdı.
Markuyan buna cavab olaraq yazıb: “Beyninin daşlarını görməməyim üçün məni blok eləyən bu “dünya şöhrətli ekspert” Dağlıq Qarabağ xalqının qaçqın olmadığını iddia edir və bununla da Dağlıq Qarabağda etnik təmizləmənin olmadığını təsdiqləyir”.
Marukyan xatırladıb ki, qaçqınlar müharibədən, zorakılıqdan, münaqişədən və ya təqiblərdən qaçaraq başqa ölkədə təhlükəsizlik tapmaq üçün beynəlxalq sərhədi keçən insanlardır. Çox vaxt özləri ilə yalnız paltarlarını götürərək evlərini, mallarını, işlərini və yaxınlarını qoyub qaçmağa məcbur olurlar. Qaçqınlar beynəlxalq hüquq çərçivəsində müəyyən edilir və qorunur.
“Qaçqınların statusu ilə bağlı 1951-ci il Konvensiyası əsas hüquqi sənəddir və qaçqını “irqi, dininə görə təqib olunacağından əsaslı qorxuya görə mənşə ölkəsinə qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxs” kimi müəyyən edir”,-deyə o yazıb.