Paşinyan: “Dağlıq Qarabağdan məcburi köçkün düşmüş hər bir vətəndaş yaşayış xərcləri üçün pul alacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb ki, mənzil xərclərinə dəstək proqramı oktyabrın 1-dən başlayıb.
“Dağlıq Qarabağdan məcburi köçkün düşmüş bacı və qardaşlarımız üçün yaşayış xərclərinə dəstək proqramına başlamışıq.
Hər bir ailənin yaşayış xərclərini ödəmək üçün ayda adambaşına 40.000 dram, üstəlik bütün kommunal xərclər üçün adambaşına 10.000 dram veriləcək.
Bu proqram oktyabrın 1-dən başlayıb və ən azı 6 ay davam edəcəkdir. Yaşından asılı olmayaraq bütün məcburi köçkünlər proqramdan faydalanacaqlar.
ER-da mənzili olan ailələr, eləcə də xüsusi qayğı mərkəzlərində mənzil kirayə edə bilməyən insanlar istisna olacaq.
Əvvəllər elan edilmiş hər bir məcburi köçkünə 100 min dram məbləğində birdəfəlik ödəniş bu həftədən etibarən başlayacaq.
Dağlıq Qarabağdan məcburi köçkün düşmüş qardaş və bacılarımızın problemləri bundan sonra da daimi diqqətimizdə olacaq” – deyərək Baş nazirin yazısında qeyd olunub.