BaşlıcaSiyasət

Senator Gari Piters ABŞ-ın Azərbaycana yardımını qadağan edən qanun layihəsi təqdim edib

ABŞ senatoru Gari Piters Azərbaycanın ermənilərə qarşı təcavüz hərəkətləri etmədiyi aydın olana qədər ABŞ-ın Azərbaycana təhlükəsizlik yardımını qadağan edən qanun layihəsi təqdim edib.

Pիters qanun layihəsini Azərbaycanın Dağlıq Qarabağda etnik ermənilərə qarşı davam edən hücumlarına cavab olaraq təqdim edib.

“Azərbaycan hökuməti açıq şəkildə bəyan edib ki, Ermənistan və Dağlıq Qarabağ xalqına qarşı amansız hücumlar həyata keçirmək üçün öz hərbi resurslarından istifadə edə bilər və edəcək”, – senator Piters bildirib. “ABŞ Azərbaycanın erməni xalqına qarşı zorakılığında şərik ola bilməz. Biz bu qanunu qəbul etməliyik ki, Amerika regionda təcavüzünü dayandırana qədər Azərbaycana əlavə yardımın qarşısını alsın”.

Petersin “Ermənilərin müdafiəsi haqda” qanun layihəsi ABŞ-ın Azərbaycan hökumətinə hazırda Azadlığa Dəstək Aktının 907-ci maddəsinə əsasən icazə verilən yardımını dayandıracaq. Azadlığa Dəstək Aktı ümumilikdə Azərbaycana ikitərəfli yardımı qadağan etsə də, 2001-ci il 11 sentyabr terror aktlarından sonra 907-ci maddəyə prezidentə Azərbaycana yardım göstərmək üçün əlavə səlahiyyətlər verən istisna əlavə edilib. Bu səlahiyyətdən 2002-ci ildən bəri hər iki partiyanın prezidentləri, o cümlədən Bayden administrasiyası istifadə edir.

Bu həftə Piters həmçinin ABŞ Maliyyə Nazirliyi və ABŞ Dövlət Departamentini Dağlıq Qarabağa hərbi hücumlar və onun qəddar mühasirəsi ilə bağlı bəzi Azərbaycan hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağıran bir qrup qanunvericilik üzvlərinə qoşulub.

Daha çox göstər
Back to top button