
Keçən həftə otuz beş illik müharibə yenidən alovlandı. Yüzlərlə insanhəlak oldu.
Bu barədə New Yorker-in köşə yazarı Maşa Gesen “Qarabağın müstəqilliyi uğrunda mübarizənin qəddar sonu” məqaləsində yazıb.
“BMT Baş Assambleyasına və Ukraynadakı müharibəyə mərkəzləşən dünya, demək olar ki, heç nə hiss etmədi.
Sentyabrın 19-da Azərbaycan Qarabağda olan şəhərləri və hərbi bazaları atəşə tutmağa başladı. Bir gündən az müddətdə özünü elan etmiş respublika praktiki olaraq tərksilah edildi və təslim olmaq məcburiyyətində qaldı.
Guya belə bir olayın qarşısını almaq üçün orada olan rus qoşunları demək olar ki, heç bir müqavimət göstərmədilər.
Vəziyyətin ən ekstravaqant şərhi onların birdən-birə gəlməsidir.Ən az müzakirə olunan versiya isə Rusiyanın hücuma razılıq verməsidir və ola bilsin ki, bölgədə hərbi mövcudluq müqabilində, razılaşmasıdır” – deyə köşə yazarı qeyd edib.
“Azərbaycan sovet totalitarizmindən hakim sülalə, senzura və geniş siyasi repressiyaların hökm sürdüyü postsovet diktaturasına qədəm basdı.
Dünyanın ilk neft dövlətlərindən biri olan Azərbaycan da nisbətən zənginləşdi. Qonşu ölkələrlə diplomatik, iqtisadi və hərbi əlaqələr qurdu.
Qonşu Türkiyə və Azərbaycanın yaxın qonşusu İranla istənilən qarşıdurmada müttəfiq kimi baxdığı İsraillə diplomatik, iqtisadi və hərbi əlaqələr qurub” – deyərək Gesen qeyd edib.