BaşlıcaEkonomika

2023-cü ilin yanvar-avqust aylarında Ermənistanda nominal orta aylıq əmək haqqı 262 957 dram olub

2023-cü ilin yanvar-avqust aylarında Ermənistanda nominal orta aylıq əmək haqqı 262 957 AMD (1 dram = 0.0026 dollar) olub. Bu barədə Ermənistan Respublikasının Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, 2022-ci il ilə müqayisədə 17,4% artım qeydə alınıb. Dövlət sektorunda orta aylıq nominal əmək haqqı 9,4 faiz artaraq 197 258 dram, qeyri-dövlət sektorunda isə orta aylıq nominal əmək haqqı 19,2 faiz artaraq 289 842 dram təşkil edib.

Daha çox göstər
Back to top button