
Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında tələb olunan bəndləri yerinə yetirib, digər tərəflər isə yerinə yetirməyiblər.
“Armenpress”in məlumatına görə, bunu ER Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sargis Xandanyan 9 noyabr sənədinin hazırda qüvvədə olub-olmaması və Ermənistan tərəfinin bunu legitim hesab edib-etməməsi sualına münasibət bildirərkən vurğulayıb.
“Həmin sənəd var, onun altında üç ölkə liderinin imzaları var. Amma bu üç il ərzində Ermənistan 9 noyabr sənədində bizim tələb etdiyimiz məqamları yerinə yetirdi, amma digər tərəflər, əslində, həmin məqamları yerinə yetirmədilər. Bu da yaxşı sualdır və biz bu haqda düşünməliyik”, – deyə deputat bildirib.