BaşlıcaSiyasət

Armen Qriqoryan və İbrahim Rəisi qeyd ediblər ki, sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edilməlidir

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi işgüzar səfəri ilə Tehranda olan Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qəbul edib.

Bu barədə ER Təhlükəsizlik Şurasının Facebook səhifəsində məlumat yayılıb.

“Görüş zamanı regional təhlükəsizlik vəziyyəti müzakirə edilib və vurğulanıb ki, sərhədlərin toxunulmazlığı prinsipinə riayət edilməli, münaqişələr dialoq yolu ilə həll edilməlidir.

Ermənistan-İran ikitərəfli münasibətlərinə toxunaraq, bu əlaqələrin çoxsahəli inkişafının davamlılığının əhəmiyyəti vurğulanıb.

İbrahim Rəisi Armen Qriqoryandan onun səmimi salamlarını Ermənistanın Baş naziri Nikol Paşinyana çatdırmağı xahiş edib”, – məlumatda deyilir.

Daha çox göstər
Back to top button