Azərbaycan işğal olunmuş ərazilərdə mədəni irsin qorunması ilə bağlı beynəlxalq müddəalara əməl etməlidir

Artsaxın mədəni irsinin monitorinqini aparan monumentwatch.org saytı yazır:
“Amaras monastırı Artsaxın Martuni rayonunun Maçkalaşen kəndi yaxınlığında yerləşir. 44 günlük müharibədən sonra noyabrın 9-da üçtərəfli razılaşma nəticəsində Ermənistan-Azərbaycan təmas xətti Amarasdan 800-1000 metr aralıda qərarlaşıb və zəvvarlar sülhməramlıların müşayiəti ilə oraya gedirdi.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Amarası ələ keçirmək cəhdləri heç vaxt dayanmayıb. Xatırladaq ki, düz 2 il əvvəl, 2021-ci il sentyabrın 21-də Azərbaycan hərbçiləri Maçkalaşen kəndi istiqamətində mövqelərini 1200 metr irəliləyərək neytral ərazidə möhkəmlənərək Azərbaycan bayrağını Amaras monastır kompleksinin divarları yaxınlığında yerləşdirib. Lakin Rusiya sülhməramlı qoşunlarının vasitəçiliyi ilə Azərbaycan bayraqları ərazidən götürülüb.
19-21 sentyabr 2023-cü il tarixləri arasında Azərbaycanın təcavüzü nəticəsində başlayan silahlı toqquşmalar nəticəsində Azərbaycan Amaras monastırını zəbt edib və nəticədə, monastır maddi və qeyri-maddi dəyərləri ilə düşmənin nəzarəti altında qaldı.
Azərbaycan mədəni irsin mühafizəsinin beynəlxalq prinsiplərinə əməl etməyə və Amaras monastırının “bütünlüyünü”, “əslliyini”, “unikallığını” və “mədəni əhəmiyyətini” qorumağa, YUNESKO və İCOMOS-un bir sıra müddəaları ilə təsbit olunmuş prinsiplərə əməl etməyə borcludur”.
Qeyd edək ki, erməni tarixçilərinin ifadələrinə görə, Amaras kilsəsinin əsasını IV əsrin əvvəllərində Qriqor Lusavoriç tərəfindən qoyulmuşdur. V əsrin əvvəllərində isə Mesrop Maştots Artsaxda Amaras monastırında ilk məktəbi açmışdır.