BaşlıcaSiyasət

BMT missiyası  ermənilərdən təmizlənən Qarabağda kimin görəsən ehtiyaclarını qiymətləndirəcək?

Erməni ekspertlər BMT missiyasının Qarabağa səfərini əsasən mənasız hesab edirlər. Onlara aydın deyil ki, əgər orada artıq erməni  yoxdursa  missiya Qarabağda olan humanitar vəziyyəti necə qiymətləndirməlidir.

 Lakin bəziləri həmin addımda başqa hesablamalar görür, xüsusən də Rusiya sülhməramlılarının orada olmasının mənasızlığını göstərmək baxımından.

“Artsax probleminin belə həlli ilə bağlı beynəlxalq konsensus var idi. Təkcə Rusiya Federasiyası deyil, Qərbin özü də bunun bir hissəsidir” –  azərbaycanşünas Tatev Hayrapetyan əminliklə qeyd edir.

Hayrapetyan deyilənlərə haqq qazandırmaq üçün BMT missiyasının Qarabağa getməsini  vurğulayır.Hayrapetyanın  fikrincə, həmin beynəlxalq strukturda onlar faktiki olaraq bütün əhalinin getməsini, Azərbaycanın hansısa “humanitar” çıxışlar etməsini, sonra isə Qarabağa getməsini gözləyirdilər.

“Həmin missiya bir ay əvvəl daxil olub, bununla da çoxlu insan tələfatının və fəlakətlərin qarşısını ala bilməzdimi, axı onlar uzun müddətdir ki, bunun lazım olduğunu deyirdilər” – deyərək  Hayrapetyan sosial şəbəkədə yazır.

“Radiolur”un həmsöhbətləri də BMT missiyasının səfərinin gecikməsini belə izah edirlər. Artsaxlı eksperti Hraçya Arzumanyan Artsax sakinləri olmadığı halda missiyanın gedişini mənasız hesab edir”.

“BMT bu vəziyyətə öz susqunluğu ilə töhfə verdi və bu susqunluq və hərəkətsizlik səbəb oldu ki, hazırda Qarabağda əhali yoxdur, hazırda Dağlıq Qarabağda hətta Azərbaycan vətəndaşlığı belə yoxdur və  belə ki, missiya mənasızdır”.

Birləşmiş Millətlər Təşkilatının rəsmi mesajında bildirilir ki, missiya Dağlıq Qarabağa vəziyyətlə yerində tanış olmaq və insanların humanitar ehtiyaclarını müəyyən etmək məqsədi ilə gəlib.

Beynəlxalq alim Davit Karapetyan bu ifadəni gülməli hesab edir.

“BMT missiyasının sakinlərin humanitar ehtiyaclarını qiymətləndirmək üçün Qarabağa yeni daxil olması nə deməkdir, bağışlayın, hansı sakinləri?

 Əgər Qarabağ demək olar ki, tamamilə boşaldılıbsa və orada bir neçə yüz siyasətçi və zabit qalıbdırsa, söhbət onlardanmı  gedir, BMT onların ehtiyaclarınımı  qiymətləndirəcək?

Deyilənə görə, 30 ilə yaxındır ki, Dağlıq Qarabağa onlar daxil ola bilmirlər və bu mənada onların səfəri çox önəmlidir, yəni indimi önəmlidir?

30 ildir ki, BMT-nin Dağlıq Qarabağa səfər edə bilməməsi absurddur, cəfəngiyyatdır, çünki heç kim bu cür fövqəlmilli strukturun Qarabağa daxil olmasına mane olmayıb və ya heç kəs oxşar Ali  dövlət strukturuin giricini məhdudlaşdırmayıb.

BMT könüllü olaraq bölgəyə və xüsusən Qarabağa  gəlişinə maneələr yaratmamışdır”.

Fransanın “La Figaro” jurnalının direktor müavini Jan-Kristof Busson özünün “X” mikrobloqunda missiyanın Dağlıq Qarabağa səfərinin gecikməsini sərt şəkildə tənqid edib.

Artsax eksperti Jirayr Azizyanın sözlərinə görə, BMT missiyasının təhrif olunmuş faktları, yəni Azərbaycan tərəfinin təqdim etdiklərini qeydə alması istisna edilmir.

BMT missiyasının Artsaxa səfərinin hesabat və ya bəyanat olmasından asılı olmayaraq, ekspertlər bunu söyləməkdə çətinlik çəkirlər, lakin beynəlxalq ictimaiyyətin səssiz razılığını nəzərə alaraq, onlar hər hansı ermənipərəst ifadə gözləmirlər.

Siyasi analitik Akop Badalyanın BMT missiyası ilə bağlı Facebook-da təhlili diqqət çəkir. Onun sözlərinə görə, “missiyanın hazır olması, ilk növbədə, Azərbaycanın maraqlarına xələl gətirməməklə yanaşı, Rusiyanın mövcudluğuna qarşı daha fəal işləmək imkanının nəzərdən keçirilməsi ilə bağlıdır. Yəni, Bakıya etnik təmizləmə aparmağa icazə verilib və bunun müqabilində, Azərbaycanın maraqlarına toxunulmayıb. Odur ki, Bakı BMT-nin Qarabağa daxil olmasına icazə verdi.

Yeri gəlmişkən, Rusiya sülhməramlılarının Ermənistandan Stepanakert çörək zavoduna 15 tondan çox un gətirməsi barədə məlumat “Radiolur”un həmsöhbətləri tərəfindən də qəribə qarşılanır.

 Rusiya Müdafiə nazirliyinin bəyanatında deyilir ki, un Stepanakertə Qarabağın n qalan əhalisi üçün çörək bişirmək üçün gətirilib.

Bu yerdə artıq əhali olmadığı halda bu un kimə lazımdır, ekspertlər rusların bu addımını sırf deklarativ adlandırırlar, yəni guya onlar   unu təxminən 9 ay mühasirədə saxladıqdan sonra onlar Qarabağ ermənilərinə un çatdıra biliblər.

Daha çox göstər
Back to top button