
ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan BMT missiyasının Dağlıq Qarabağa səfərini vaxtı gecikmiş hesab edir. “Armenpress”in məlumatına görə, bunu Xandanyan jurnalistlərlə söhbətində BMT missiyasının Dağlıq Qarabağa bir günlük səfərini və ondan sonra verilən bəyanatı şərh edərkən deyib.
“On ay ərzində siz beynəlxalq tərəfdaşlarımıza Azərbaycanın etnik təmizləmə siyasəti apardığını dediniz və biz BMT nümayəndələini Dağlıq Qarabağa getməyə və yerindəcə faktaraşdırma işləri aparmağa, vəziyyəti qeydə almağa çağırdıq, lakin bunlar müxtəlif hallara görə müraciət və çağırışlar nəticəsiz qalıb. İndi mən qiymətləndirirəm ki, BMT missiyasının Dağlıq Qarabağa səfəri gecikib”.
BMT missiyasının bəyanatında o da qeyd olunub ki, mülki və kənd təsərrüfatı infrastrukturuna heç bir ziyan və dağıntı qeydə alınmayıb, sahibsiz və ya ev heyvanlarına rast gəlinməyib. BMT missiyasının normal ifadə verib-verməməsi ilə bağlı suala Xandanyan “yox” cavabını verib.
“Bu ifadə normal deyil. Təəssüf yaradır. Etnik təmizləmə isə təkcə məhv olmaqdan ibarət deyil. Bu adamları qızıl maşınlarla Ermənistana aparmaq olardı, lakin bu insanlar Ermənistana atəş altında və hərbi təcavüz nəticəsində, on aylıq blokada və humanitar böhran nəticəsində gəliblər.
Ermənistan davamlı olaraq beynəlxalq ictimaiyyətin, BMT nümayəndələrinin və digər beynəlxalq humanitar təşkilatların vəziyyətin qiymətləndirilməsini tələb edib və onların diqqətini cəlb edib”, – Xandanyan vurğulayıb.