BaşlıcaSiyasət

Dağlıq Qarabağda etnik təmizləmə faktları ortaya çıxsa, ABŞ müvafiq tədbirlər görməkdən çəkinməyəcək: Miller

Birləşmiş Ştatlar BMT-nin Dağlıq Qarabağa qrup missiyasını alqışlayır. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

Vaşinqton həmçinin regional tərəfdaşları ilə regionda ayrıca beynəlxalq missiyanın yerləşdirilməsi üzərində işləyir.

“Biz daha uzunmüddətli missiyanın necə olacağı ilə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla işləməyə davam edirik”,- Miller deyib.

Mətbuat katibi Dağlıq Qarabağda törədilən etnik təmizləmə məsələsinə gəlincə deyib: “Vəziyyətin nə olduğunu anlamaq üçün yerlərdə fəaliyyət göstərən adamlarımızla əlaqə saxlayırıq. Biz vəhşilik iddialarına reaksiya vermək və onların baş verdiyinə dair sübutlar gördüyümüz zaman cavabdehləri məsuliyyətə cəlb etmək üçün müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik. Soyqırım və ya etnik təmizləmə ilə bağlı iddia düşünülmüş, dəlillərə əsaslanan bir prosesə əsaslanmalıdır. Bu, mənim bu tribunadan hər hansı bir qətiyyət dərəcəsi ilə danışa biləcəyim bir şey deyil.

Lakin bölgə mülki əhalidən boşalıb. 100 minə yaxın etnik erməni Dağlıq Qarabağı tərk edərək Ermənistana gedib. Məncə, heç birimiz nə deyə bilmərik, onların neçə faizi Ermənistanda daimi qalmağı planlaşdırır, və ya neçə faizi şərtlər imkan verərsə, qayıtmaq istəyə bilər.

Buna görə də ABŞ müstəqil beynəlxalq monitorinq missiyasının yaradılmasını təklif edir ki, Dağlıq Qarabağ əhalisinə şəffaflığı təmin etsin və geri qayıtmaq istəyənlərin hər biri üçün qorunacaqlarını əmin edə bilsin”.

Miller xatırladıb ki, Azərbaycan bu zəmanəti verib. “Biz hesab edirik ki, orada müşahidə və zəmanət vermək üçün beynəlxalq monitorinq missiyası olmalıdır.

Dağlıq Qarabağın statusundan kənarda Ermənistanla Azərbaycan arasında mübahisə edən başqa məsələlər də var. Onları müzakirə etmək üçün sülh danışıqlarına qayıtmağa və nəticədə bu məsələlər üzrə bir qərara gəlməyə çağırırıq”,-deyə Millet vurğuladı.

Daha çox göstər
Back to top button