
Ermənilərin Dağlıq Qarabağdan demək olar ki, tam mühacirətindən təxminən 24 saat sonra Azərbaycan prezidentinin aparatı ermənilərin “reinteqrasiya” planını rəsmən dərc edib.
Sənəd beş bənddən ibarətdir. Müəlliflər beşdən birinci bənddə ermənilərin “reinteqrasiyası”nın “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında” baş tutacağını vurğulayırlar.
Bakının dərc etdiyi plana görə, Dağlıq Qarabağ erməniləri tamamilə tərksilah edilməli, ictimai asayişin mühafizəsini isə yerindəcə Azərbaycan polisi həyata keçirəcək.
“Yerli əhali daxili işlər orqanlarının işinə cəlb oluna bilər” – deyə sənəddə qeyd olunub. Sənədə əsasən, Dağlıq Qarabağı Azərbaycan prezidentinin xüsusi nümayəndələri idarə edəcək. Bundan başqa, Qarabağda “yerli idarəetmə orqanları seçki yolu ilə formalaşacaq”.
İqtisadi sahədə Qarabağ manat zonasına daxildir, kəndlilər torpaq vergisindən başqa bütün vergilərdən azad edilə bilər. Dil siyasətinə gəlincə, dərc olunan sənəddən çıxış etsək, erməni dilinin Dağlıq Qarabağda xüsusi statusu olmayacaq. “Erməni dilinin işlədilməsi üçün şərait yaradılacaq”. Bütün bunlar Azərbaycan prezidentinin iş heyətinin dərc etdiyi sənəddə yazılıb.
Rəsmi Bakının dərc etdiyi sənəd əsas suala cavab vermir: Dağlıq Qarabağ ərazisində demək olar ki, heç bir erməni qalmayıbsa, bu kimin üçün nəzərdə tutulub?.