BaşlıcaBeynəlxalq

Fransua Olland:  “Ermənistandan imtina Fransa üçün biabrçılıq, Avropa üçün isə eyib olardı”

Ermənistandan imtina etmək Fransa üçün biabrçılıq, Avropa üçün isə bi eyibli  olardı. Onun sərhədlərinin müqəddəs olduğunu qəti və inandırıcı şəkildə bəyan etməyin vaxtı çatıb. Bu haqda  Fransanın keçmiş Prezidenti Fransua Olland deyib.

“Mən Prezident olarkən  Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün vasitəçilik səylərində iştirak etmişəm. Bu təcrübə məni xəbərdarlıq etməyə məcbur edir. Bu gün ədalət və şərəf Fransadan ermənilərə kömək etmək üçün əlindən gələni etməyi tələb edir”-  deyə Oland   qeyd edib.

Onun sözlərinə görə, Rusiya Ermənistandan üz döndərməklə bir neçə məqsəd güdür: “Birincisi, bu, Putinə Ukraynanın işğalından sonra rolu artan Erdoğanı zərərsizləşdirməyə imkan verəcək.

İkincisi, qazla bağlı Azərbaycanla müttəfiqlik etməkdir.

Üçüncüsü, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvanı tərk edərək Avropaya yaxınlaşdığına görə cəzalandırılmasıdır.

Bu rüsvayçı dönüşün nəticəsi humanitar səviyyədə dəhşətlidir. 120 min Artsax ermənisi ümidsizcə öz vətənlərinə qaçmağa çalışır və onların böyük əksəriyyəti artıq Qarabağı tərk edib.

Digərləriaclığa məruz qalıb.Olar daim təqib olunur və hədələnirlər.

Onların evləri tərk edilmiş və ya yandırılmış, kilsələridarmadağın edilmişdir.

Etnik təmizləmə davam edir. Onların bir çoxunun həyatı üçün təhlükə altındadır. Amma ən pisi qabaqdadır, çünki Ermənistanın ərazi bütövlüyü zərər çəkə bilər”.

“Bütün bunlara Vladimir Putin töhfə verir. Ukraynada uğursuzluğa düçar olduğu üçün Qafqazda qisas almaq niyyətindədir. O, Rusiyanın nəzarəti olmadan Ermənistanın yox olmaq təhlükəsi ilə üz-üzə olduğunu göstərməkdə qərarlıdır.

Osmanlı arzusundan əl çəkməyən Erdoğan Azərbaycanı öz fəaliyyətində mümkün qədər uzağa getməyə sövq edir.

Avropalılara gəlincə, onlar yeni təchizat mənbəyini itirməmək üçün Bakını əsirgəmirlər. Amerikalılar Ukraynaya kömək etmək üçün çox şey edirlər, lakin Qafqazın onlardan çox uzaq olduğunu düşünə bilərlər.

Ona görə də Ermənistanın sərhədlərinin müqəddəs olduğunu və onlara təminat verilməli olduğunu qəti və inandırıcı şəkildə bəyan etməyin vaxtı çatıb. Fransa isə  ön planda olmalıdır”.

Daha çox göstər
Back to top button