Ermənistan Respublikası müxtəlif yollarla Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bütün addımları atır. “Armenpress”in məlumatına görə, bunu Parlameüntin xarici əlaqələr daimi komitəsinin sədri Sargis Xandanyan jurnalistlərlə keçirdiyi brifinqdə Roma Statutunun ratifikasiya prosesinə toxunaraq deyib.
“Roma Statutunun ratifikasiyası yalnız Ermənistanın maraqlarına uyğundur. Ermənistan Respublikası Ermənistanın təhlükəsizliyini müxtəlif yollarla, o cümlədən hüquqi təhlükəsizliyi təmin etmək üçün bütün addımları atır və Roma Statutu onun tərkib hissələrindən biridir”, – deyə Xandanyan vurğulayıb.
Onun fikrincə, Roma Statutunun ratifikasiya prosesini və onun nəticələrini şişirtmək lazım deyil.
“Hökumət davamlı olaraq rus tərəfdaşları ilə işləyib və işləməkdə davam edir və Roma Statutunun ratifikasiyası heç bir şəkildə Ermənistan-Rusiya münasibətləri ilə bağlı deyil”, – deyə Xandanyan yekunlaşdırıb.