Başlıcaİctimaiyyət

UNICEF: “29 min uşaq Dağlıq Qarabağdan Ermənistana köçürülüb”

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) İtaliya bölməsinin hesabatına görə, Dağlıq Qarabağdan Ermənistana köçürülən qaçqınlar arasında 29 min uşaq da var.

“29 sentyabr 2023-cü il tarixinə 98 625 nəfər son döyüşlər nəticəsində zərər çəkmiş əraziləri tərk etmək məcburiyyətində qalıb.

Onların təxminən 29 000-i uşaqlardır. “UNİCEF Cənub-Şərqdə yerləşən Qoris şəhərində təhlükəsiz ərazi yaradıb.

 Həmin ərazidə 300-ə yaxın uşaq və onların valideynləri hər gün qəbul edilir” –  deyərək beynəlxalq təşkilat bildirib.

Bu gün Ermənistana yeni ləvazimatlar gələcək və UNİCEF onları köçkün uşaqlar və ailələrə paylayacaqdır.

Daha çox göstər
Back to top button