Avropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami Avropa liderlərini Ermənistana hücum etməmişdən əvvəl ayılmağa çağırıb

Avropa Parlamentində Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağdakı vəziyyət və Ermənistana qarşı davam edən təhdidlərə dair dinləmələr zamanı çıxış edən Fransua-Ksavye Bellami deyib:
Avropa Komissiyası nəhayət ki, Dağlıq Qarabağda nələrin müzakirə olunduğunu başa düşürmü? Ölkələrimizin rəhbərləri başa düşürlərmi ki, fəaliyyətsizlik, boş-boş “hər iki tərəfə səslənirik” sözləri, göz yummaq üçün yeni bəhanələr, bütün bunlar bir diktatora qapımızın ağzında beynəlxalq hüququ devirməyə imkan verib, ona “fait accompli” tətbiq edib və bununla bizi və həyatları məhv edir.
Azərbaycan tərəfindən güllələnən 10 və 8 yaşlı Nver və Mikayılın valideynlərinə ,bu “antiterror əməliyyatı” zamanı bir neçə gün ərzində öldürülən yüzlərlə erməninin ailələrinə nə deyəcəksiniz? .
Erməni xalqının Artsaxda iki min il yaşadığını bilirsinizmi? Stalinin diktə etdiyi sərhədlərin hər yerdə bərpa olunmasına icazə vermək deyilmi?
Niyə, bax niyə bu gün, aylarla davam edən qeyri-insani blokadadan sonra hələ də heç bir sanksiyalar tətbiq edilməyib? Əliyevin apardığı bu etnik təmizləmələr zamanı Bakıdan qaz almaq Moskvadan almaqdan daha az günahdırmı? Və nəhayət eyni qaz deyilmi?
Bakının ilk addımının Stepanakertin əsas küçəsinə 1915-ci ildə Erməni Soyqırımının təşkilatçısı Ənvər Paşanın adının verilməsinə münasibətiniz necədir?
Bu, hələ də Avropanın “etibarlı tərəfdaşıdır”? Bu Avropa hələ də xatırlayırmı ki, sırf soyqırım təkrar olmasın deyə doğulub? Bu suallar cavab tələb edir. Komissiya, Şura, dövlət və hökumət başçıları, heç olmazsa, Avropa Ermənistana hücum olmamış vaxtında ayılacaqmı?”