BaşlıcaSiyasət

Brüssellə Bakı arasında münasibətlər sadə deyil, çətinliklər var: Şarl Mişel

“Hesab edirəm ki, Azərbaycan hərbi əməliyyata başladığı andan böyük məsuliyyət daşıyır. İndi Azərbaycan xoş niyyət nümayiş etdirməli və beynəlxalq ictimaiyyəti vəziyyətin monitorinqinə cəlb etməlidir ki, Azərbaycanda yaşayan bütün əhalinin, o cümlədən erməni əhalisinin hüquqları və təhlükəsizliyi qorunsun”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Euronews telekanalına müsahibəsində deyib.

Şarl Mişel bu həftənin sonunda İspaniyanın Qranada şəhərində keçiriləcək Aİ Sammiti zamanı Ermənistan və Azərbaycan arasında vasitəçilik təklif etmək niyyətində olduğunu bildirib.

“Brüssellə Bakı arasında münasibətlər mürəkkəb, lakin perspektivli olaraq qalır. Ötən il Avropa İttifaqı Azərbaycandan daha çox təbii qaz almaq üçün çox işlər görüb”.

Aİ Şurasının rəhbəri bildirib ki, Azərbaycan Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı səylərində daha çox iştirak etməlidir.

Daha çox göstər
Back to top button