
Fransa Dağlıq Qarabağ məsələsi ilə bağlı BMT-də qətnamənin qəbuluna şərait yaratmağa çalışır.
Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ əhalisinin öz evlərində təhlükəsiz yaşamaq hüququ ilə bağlı qətnamə qəbul etməməsi sualına toxunaraq deyib.
“Biz yeni yollar tapmağa, BMT Təhlükəsizlik Şurasında təxminən 10 gün əvvəl aparılan müzakirələrdən gələcəkdə mümkün qətnamənin qəbulu üçün necə nəticə çıxaratmağa çalışırıq. Biz bu istiqamətdə işimizi davam etdiririk. Düşünürəm ki, bu mənada bizim baxışımız eynidir və biz BMT Təhlükəsizlik Şurasının digər üzvlərini onun ətrafında birləşdirə bilərik”, – deyən Kolonna qeyd edib.