İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “3+3” formatının regiondankənar qüvvələrin müdaxiləsi olmadan regional problemlərin həlli üçün effektiv mexanizm olduğunu vurğulayıb.
İRNA xəbər verir ki, bu haqda çərşənbə axşamı Tehranda Əmir Abdullahyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə bildirib.
İran diplomatiyasının rəhbəri İslam Respublikasının beynəlxalq sərhədlərin qorunub saxlanması və ölkələrin ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğuladığını deyib və əlavə edib ki, regional problemlər kənar müdaxilə olmadan region dövlətləri tərəfindən həll edilməlidir.
O, həmçinin İran və Ermənistan arasında artan münasibətlərdən məmnunluğunu ifadə edib.
“Ümid edirəm ki, ticarət dövriyyəsinin həcmi hər il üç milyard dollara çatacaq ki, bu da hərtərəfli və uzunmüddətli əməkdaşlıq sazişinin olmasını tələb edir” – deyərək nazir bildirib.
İranın Xarici işlər naziri həmçinin qeyd edib ki, İran Dağlıq Qarabağdan olan qaçqınlar üçün Ermənistana humanitar yardım göndərməyə hazırdır.
Qriqoryan isə öz növbəsində İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı mövqeyini yüksək qiymətləndirərək, Yerevanın Tehranla əlaqələri genişləndirməkdə qərarlı olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan Cənubi Qafqazın inkişafında və regionda sabit sülhün bərqərar olmasında İranın rolunu mühüm və konstruktiv hesab edir.
İranın İYerevanda olan səfirliyi İrandan Sünik bölgəsinə humanitar yardımın ilk partiyasının gəldiyini elan edib.