BaşlıcaBeynəlxalq

Natali Loizo: “Bakı Dağlıq Qarabağda etnik təmizləməyə görə məsuliyyət daşıyır”

Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri Natali Loizot Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyətin və Ermənistana qarşı davam edən təhdidlərin müzakirəsi zamanı bildirib ki, biz Dağlıq Qarabağda etnik təmizləmənin şahidi oluruq.

Dağlıq Qarabağ ermənilərinin aylarla mühasirədə, aclıqdan əziyyət çəkdiyini və nəhayət, Azərbaycanın hücumuna məruz qaldığını xatırladan Avropa Parlamentinin üzvü deyib:

“Azərbaycan buna görə cavab verməlidir və biz Əliyev rejiminin cəzalandırılmasını tələb edəcəyik. Təbii ki, Avropa vasitəçiliyi də bitərəf qalmaq vəsvəsəsinə görə uğursuz oldu”-  deyərək o, qeyd edib.

“Bizim parlament də gözlənilən faciə ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib, amma heç kim qulaq asmayıb” – deyə deputat bildirib.

“Bu gün daha bir fəlakət yetişir. Azərbaycan və Türkiyə Ermənistanın suverenliyini məhv etmək planlarından əl çəkməyiblər” – deyən Natali Loizo Avropanın müxtəlif səbəblərdən passiv qaldığını bildirib.

“Bizə qaz lazım olduğu bəhanəsi ilə hücuma məruz qalan demokratiyanın müdafiəsinin gecikməsi sizə nəyisə xatırladırmı? Düz deyirsiniz, Ukraynaya çox bənzəyir. Səhvlərimizi təkrar etməyək. Namusumuzu qoruyaq. Ermənistanı xilas edək” – deyərək  o, Avropa Parlamentində bəyan edib.

Daha çox göstər
Back to top button