BaşlıcaBeynəlxalq

Litva Qarabağdan məcburi köçkünlərə 350 min avro humanitar yardım ayırdı

Litvanın Xarici işlər naziri Qabrielius Landsbergis Qarabağdan məcburi köçkün düşmüş ermənilərə 350 min avro humanitar yardım ayırdığını açıqlayıb.

“Litva Dağlıq Qarabağdan olan qaçqınların təcili ehtiyaclarını həll etmək üçün Ermənistana 350 min avro humanitar yardım göndərir” – deyə nazir özünün X səhifəsində yazıb.

O, Ermənistanın suverenliyini dəstəklədiklərini də qeyd edib. “Biz Ermənistanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və erməni xalqının seçdiyi demokratiya yolunu dəstəkləyirik” – deyərək Litvanın Xarici işlər naziri yazıb.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button