BaşlıcaSiyasət

ABŞ konqresmenləri, insan haqları və dini təşkilatlar Əliyevin DQ-da apardığı etnik təmizləməni pisləyiblər

ABŞ-ın bir sıra konqresmenləri, eləcə də insan haqları və dini təşkilatlar Kapitoli təpəsində keçirilən tədbirdə Azərbaycanın Dağlıq Qarabağda apardığı etnik təmizləməni pisləyib, ABŞ prezidenti Co Bayden administrasiyasından rəsmi Bakının məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Tədbirdə çıxışı zamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Bred Şerman ölkə hökumətini Dağlıq Qarabağ ermənilərinə qarşı etnik təmizləməyə görə Azərbaycan prezidenti İlham Əliyevin cavabdehlik daşıması üçün aydın addımlar atmağa çağırıb.

Konqresmen Frank Fallon da Bakının növbəti hədəfinin Ermənistan olduğuna əmin olduğunu bildirib.

Konqresmen Kris Smit isə qeyd edib ki, Əliyev insanlığa qarşı cinayətlərə görə cinayət məhkəməsi qarşısında dayanmalı, ABŞ isə Əliyevə ciddi sanksiyalar tətbiq etməlidir.

Tədbirdə hamısı Azərbaycanın Dağlıq Qarabağı 10 aya yaxın blokadada saxlamasını və bundan sonra həyata keçirilən genişmiqyaslı hücumu pisləyib, Azərbaycana hərbi dəstəyi dayandırmağa çağırıb.

Daha çox göstər
Back to top button