BaşlıcaSiyasət

BMT Komitəsinin sessiyasında ER nümayəndə heyəti DQ əhalisinin etnik təmizləməsi nəticəsində yaranmış böhranı təqdim edib

Oktyabrın 4-5-də Cenevrədə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 74-cü sessiyası zamanı Ermənistan Respublikasının eyniadlı pakt çərçivəsində təqdim olunmuş 4-cü hesabatının müzakirəsi baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

ER nümayəndə heyətinə ER Xarici İşlər, İqtisadiyyat, Əmək və Sosial Məsələlər, Ədliyyə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun nümayəndələri daxil olub. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vahe Qevorgyan başçılıq edib.

Komitə üzvlərinin diqqəti Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı etnik təmizləmə aparması nəticəsində yaranmış humanitar böhrana yönəldilib.

Qeyd olunub ki, son iki həftə ərzində Ermənistan Dağlıq Qarabağdan 100 mindən çox qaçqını qəbul edib. Komitə üzvləri Ermənistanın humanitar böhrandan çıxmaq səyləri ilə həmrəy olduqlarını bildirərək, bu istiqamətdə beynəlxalq hərtərəfli dəstəyin önəmini vurğuladılar.

Daha çox göstər
Back to top button