BaşlıcaSiyasət

Dağlıq Qarabağda baş verənlər etnik təmizləməyə bənzəyir: Fransanın XİN başçısı

Fransanın xarici işlər naziri Ketrin Kolonna “France 2” telekanalının efirində Dağlıq Qarabağdakı vəziyyətə toxunaraq, Ermənistanı dəstəklədiyini bir daha təsdiqləyib.

O, Dağlıq Qarabağda etnik təmizləmə ilə bağlı sualı belə cavablandırıb:

“İnsanlar əcdadlarının torpağını tərk etmək məcburiyyətində qalırlar, son döyüşlərdən sonra və yeni hərbi əməliyyatların təhlükəsindən oranı tərk etməyə məcbur olurlar. Bu, könüllü çıxış deyil”, – deyə o bildirib.

Nazir bu hadisələri təsvir etmək üçün “cinayət” və “faciə” sözlərindən istifadə edib.

Nazir qeyd edib ki, köçkünlərin Dağlıq Qarabağa qayıda biləcəyinə ümid etmək lazımdır.

Kolonna xatırladıb: “Fransa uzun müddətdir Ermənistanın dostudur və onun yanındadır”. Azərbaycana qarşı sanksiyalara gəlincə, diplomat qeyd edib ki, bu məsələ “gündəmdə deyil”.

Kolonnanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüquqa və onun öhdəliklərinə hörmət etməlidir.

Kolonna Fransanın müdafiə nazirinə Ermənistana hərbi yardım göstərmək imkanlarını qiymətləndirməyi tapşırdığını bir daha təsdiqləyib.

“Biz Yerevanla dialoq aparırıq ki, hansı silahlara ehtiyac var. Bu, həm də daha çətin vəziyyətdən qaçmağın bir yoludur, çünki bu dəfə şübhəsiz ki, Avropa və ya ən azı Fransa tərəfindən sərt sanksiyalar tətbiq olunacaq”,- nazir vurğuladı.

Daha çox göstər
Back to top button