BaşlıcaSiyasət

ER-yə təhlükəsizlik dəstəyi verin, Azərbaycana yardımı dayandırın: ABŞ konqresmenləri Blinkenə müraciət ediblər

Bir qrup ABŞ konqresmeni dövlət katibi Entoni Blinkenə və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauerə məktub göndərərək, ABŞ-ın Cənubi Qafqazda diplomatik iştirakını davam etdirməyə, Ermənistana təhlükəsizlik dəstəyini təmin etməyə, Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün konkret addımlar atmağa, Azərbaycana hərbi yardımı dayandırmağa və Dağlıq Qarabağdan məcburi köçkünlərə humanitar yardımı davam etməyə çağırıblar.

Konqresmenlər Əliyevin oktyabrın 5-də Qranadada keçiriləcək toplantıya qatılmaqdan imtina etməsini onun etnik təmizləmə kampaniyasını dayandırmayacağına dair növbəti siqnal kimi qiymətləndiriblər.

Buna görə də amerikalı konqresmenlər məktubda vurğuladılar ki, Birləşmiş Ştatlar Azərbaycanın təcavüzünün qarşısını almaq üçün mümkün olan ən güclü, konkret addımları atmalı, o cümlədən Əliyevə və digər Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməli, ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırmalı, Ermənistana güclü təhlükəsizlik dəstəyi verməli və hər hansı işğalın qarşısını almaq üçün Ermənistanda beynəlxalq müşahidə və sülhməramlı qüvvələr yaratmalıdır.

ABŞ konqresmenləri vurğulayıblar ki, istənilən yekun sülh nizamlanmasına Ermənistanın ərazi bütövlüyünün qorunması, 1975-1976-cı illərin xüsusi sovet hərbi xəritələri əsasında suveren ərazinin müəyyənləşdirilməsi daxil edilməlidir.

Konqresmenlər həmçinin ABŞ-ın Dağlıq Qarabağdan məcburi köçkünlərə dəstək məqsədilə Ermənistana əlavə humanitar yardım göstərməsinin, eləcə də əsir götürülmüş DQ rəsmilərinin və digər əsirlərin azad edilməsinin vacibliyini qeyd ediblər.

Məktubu ondan çox konqresmen imzalayıb.

Daha çox göstər
Back to top button