BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan liderləri Brüsseldə görüşmək təklifini qəbul ediblər: Şarl Mişel

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderlərini oktyabrın sonuna qədər Brüsselə dəvət edib.

Mişel bu gün Qranadada dövlət və ya hökumət başçılarının qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə bildirib ki, hər iki lider oktyabrın sonuna qədər görüş üçün Brüsselə gəlməyə razılaşıblar.

“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş əldə etmək üçün çox çalışacağıq. Aİ-nin heç bir gizli gündəmi yoxdur. Biz firavan, sabit və proqnozlaşdırıla bilən Cənubi Qafqaz üçün çalışmaq istəyirik. Bu, bizim ümumi məqsədimizdir və biz bütün Avropa alətlərindən istifadə edərək hər iki lideri razılığa gəlməyə təşviq etmək üçün əlimizdən gələni edəcəyik”, – deyə Mişel bildirib.

Bu barədə Qranadada ER baş naziri Nikol Paşinyan, Aİ Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun dördtərəfli görüşündən sonra elan edilib.

Daha çox göstər
Back to top button