BaşlıcaSiyasət

Putin: “Ermənistan Rusiyanın müttəfiqi olmaqdan əl çəkmir”

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ermənistan Rusiyanın müttəfiqi olmaqdan əl çəkmir, Moskva humanitar problemlərin həlli üçün yardım göstərməyə hazırdır.

 “RİA Novosti”yə istinadən verilən  məlumata görə, bu haqda  Putin “Valday” beynəlxalq debat klubunun iclasında deyib.

“Əlbəttə, biz təmin etməyə hazırıq. Ermənistan bizim müttəfiqimiz olmaqdan əl çəkmir, əgər orada humanitar problemlər varsa və təbii ki, var, biz sözsüz ki, hazırıq və onları müzakirə edəcəyik. Və təbii ki, biz o insanları dəstəkləməyə hazırıq”- deyərək Putin qeyd edib.

Azərbaycan sentyabrın 19-dan Dağlıq Qarabağa qarşı genişmiqyaslı hücuma başlayıb, mülki infrastruktur və mülki əhalini hədəfə alıb.

Dinc sakinlər də həlak olub və yaralanıb. Sentyabrın 20-də Dağlıq Qarabağ hakimiyyəti Rusiya sülhməramlı missiyasının komandanlığının atəşin dayandırılması ilə bağlı təklifini qəbul edib.

Dağlıq Qarabağdan məcburi köçkün düşmüş vətəndaşlar ER-na  köçürülüb. Oktyabrın 5-i saat 16:00-a olan məlumata görə, Ermənistana 100 min 632 məcburi köçkün gedib.

Daha çox göstər
Back to top button