BaşlıcaSiyasət

ER Xİ naziri və AB komissarı regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər

Oktyabrın 6-da Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan Avropa Birliyinin böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiçi qəbul edib.

Ararat Mirzoyan Laçın dəhlizinin aylarla davam edən blokadası və sentyabrın 19-da Azərbaycanın Dağlıq Qarabağın mülki əhalisinə hərbi hücumu nəticəsində yaranmış vəziyyəti təqdim edib.

Dağlıq Qarabağda baş verənlərin faktiki etnik təmizləmə olduğunu və bunun təhlükəsi barədə ER-nin aylardır xəbərdarlıq etdiyini vurğulayan nazir Mirzoyan regionda gücdən istifadənin davam edən təhlükəsini istisna etməyin zəruriliyini vurğulayıb.

Dağlıq Qarabağdan məcburi köçkünlərə lazımi dəstəyin göstərilməsi və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla işin aparılmasına istinad edilib.

ER Xarici işlər naziri və AB komissarı regionda təhlükəsizlik vəziyyəti, eləcə də ER-AB tərəfdaşlığı gündəliyinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button