BaşlıcaSiyasət

Moskva Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşkili imkanını nəzərdən keçirir

Oktyabrın 12-də Bişkekdə keçirilən MDB sammiti çərçivəsində Moskva Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təşkili imkanını nəzərdən keçirir, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RBC”yə müsahibəsində bildirib.

“Rusiya, Azərbaycan və Ermənistan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərinin bütün spektri üzrə dialoq heç vaxt kəsilməyib. Ümid edirik ki, belə təmaslar davam edəcək”, – deyə baş diplomat bildirib.

“Biz bu ilin oktyabrın 12-də MDB sammiti çərçivəsində Bişkekdə xarici işlər nazirləri səviyyəsində belə müzakirələrin aparılması imkanını nəzərdən keçiririk”, – deyə o bildirib.

“Azərbaycan tərəfi artıq prinsipial razılıq verib. Və biz Ermənistan tərəfinin də belə danışıqlarda iştiraka razılıq verəcəyini gözləyirik”, – deyə o qeyd edib.

Daha çox göstər
Back to top button