BaşlıcaSiyasət

ER -nın Moskvanın təklifinə cavabı:  “ER Xİ nazirinin müavini MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək”

Ermənistan Xarici İşlər nazirliyi Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzinin Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində Ermənistan, Azərbaycan və Rusiya Xarici işlər nazirlərinin görüşünün keçirilməsi təklifinə cavab verib.

Jurnalistin sorğusuna cavab olaraq XİN-in mətbuat katibi Ani Badalyan deyib:

“Bu il oktyabrın 4-də Ermənistan Xarici işlər nazirliyi MDB İcraiyyə Komitəsinə ER Xarici işlər nazirinin müavininin iclasda iştirak edəcəyi barədə yazılı cavab verib.

MDB Xarici İşlər nazirləri Şurasının oktyabrın 12-də Bişkekdə keçirilməsi planlaşdırılır”.

Bundan əvvəl Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirmişdi ki, Moskva bu il oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan Xarici işlər nazirlərinin görüşünün keçirilməsi imkanını nəzərdən keçirir. Qaluzinin sözlərinə görə, Azərbaycan tərəfi artıq prinsipial razılıq verib.

Daha çox göstər
Back to top button