BaşlıcaSiyasət

ER Ombudsmanı DQ-dan məcburi köçkünlərlə fərdi söhbətlərin təhlilinə dair fövqəladə hesabat dərc edib

Ermənistan Respublikasının Ombudsmanı Anahit Manasyan özünün və əməkdaşlarının Dağlıq Qarabağdan məcburi köçkünlərlə apardığı fərdi söhbətlər, faktaraşdırma işlərinin nəticələri və onların təhlili barədə ingilis dilində fövqəladə ilkin hesabat dərc edib. məcburi köçkünlərlə

Hesabatda o, həmçinin Azərbaycan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət və vəhşiliklərlə bağlı aparılan araşdırmalar zamanı əldə edilmiş məlumatları ümumiləşdirərək təhlil edib, məcburi köçkünlərin, təcili tibbi yardım maşınlarının hədəfə alınması, hüquqların pozulması faktlarını sənədləşdirib.

Mülki əhalinin və həyati əhəmiyyət kəsb edən infrastrukturların hədəfə alınması, ayrı-ayrı şəxslərə dəymiş əmlak zərərləri də təqdim edilib. Hesabatda həmçinin etnik ermənilərə qarşı pis rəftarın müxtəlif təzahürləri, o cümlədən işgəncə halları ətraflı təsvir olunur.

Hesabatda Dağlıq Qarabağda etnik təmizləmə siyasətini təsdiq edən sübutlar və təhlillər də yer alıb.

İlkin hesabat bütövlükdə insan hüquqlarının müdafiəsi mandatı olan beynəlxalq qurumlara, eləcə də səlahiyyətli dövlət orqanlarına təqdim edilib.

İlkin hesabat bütövlükdə insan hüquqlarının müdafiəsi mandatı olan beynəlxalq qurumlara, eləcə də səlahiyyətli dövlət orqanlarına təqdim edilib.

Daha çox göstər
Back to top button